Sizin Reklam Burada

İranda etiraz aksiyalarında yeni şüar: “Dollar bahalaşıb, Xamenei yatıb!”

İranda etiraz aksiyalarında yeni şüar: “Dollar bahalaşıb, Xamenei yatıb!”İranın paytaxtı Tehranda və bir sıra şəhərlərdə etiraz aksiyaları yeni şüarlarla davam edir.

“Report” xəbər verir ki, məlumatı “RadioFarda” yayıb.

Aksiyada iştirakçılar həmçinin dolların bahalaşmasına etirazlarını nümayiş etdirirlər, onlar “Dollar 50-ni (50 000 tümən nəzərdə tutulur- red.) aşdı, ayətullaha lənət!”, “Dollar bahalaşıb, Xamenei yatıb!” kimi şüarlar səsləndiriblər.

Belə ki, Tehranın qərb hissəsindəki rayonlarda hakimiyyətə qarşı keçirilən aksiyalarda “SEPAH-a ölüm!”, “Rza Şah, ruhun şad olsun!”, “Xameneiyə ölüm, Xomeyniyə lənət!” və digər yeni şüarlar səsləndirməyə başlayıblar.

Məlumata görə, İsfahanda yol boyunca hasarlara “İranlının düşməni İslam Respublikasıdır!” şüarı həkk olunub.

Tehran əyalətinin Narmak şəhərində etirazçılar tərəfindən “Xameneiyə ölüm!”, “Yoxsulluq, korrupsiya baha başa gəldi, bizi yıxdı!”, - deyə yürüş keçirilib. Bununla yanaşı, əyalətin digər rayonlarında da oxşar şüarlarla etiraz aksiyaları baş tutub.

Paytaxtla yanaşı digər şəhərlərin küçə və prospektlərində rejimə qarş kəskin fikirlər və şüarlar yazılıb.

Eyni zamanda etiraz aksiyalarında rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən fəalların məzarı başında da aksiyalar keçirilib, İran hakimiyyəti əleyhinə çıxışlar edilib, şüarlar səsləndirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər