Sizin Reklam Burada

Qazaxıstanda helikopter qəzası 4 nəfərin həyatına son qoydu

Qazaxıstanda helikopter qəzası 4 nəfərin həyatına son qoyduQazaxıstanın Qərbi Qazaxıstan vilayətində “Kazaviaspas” ASC-yə məxsus Mi-8 helikopterinin sərt enişi nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bu barədə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Son məlumatlara görə, Fövqəladə Hallar Nazirliyinin axtarış qrupu helikopterə çatıb. 4 nəfər ölüb, 2 nəfər yaralanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 23-də helikopter Qərbi Qazaxıstan vilayətinin Çapurino kəndindən 6 km aralıda sərt eniş edib. O, “Kaztransoil” şirkətinin sifarişi ilə neft kəmərinin ətrafında uçub. Həmin vaxt açıqlanan məlumata görə, helikopterin göyərtəsində beş ekipaj üzvü və iki sərnişin olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.//Oxu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər