Sizin Reklam Burada

Saakaşvili azadlıq tələb edir

Saakaşvili azadlıq tələb edirGürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, həkimlərin tövsiyələrinə yalnız bir halda əməl edəcəyini açıqlayıb.

Avrasiya.net Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun müalicə aldığı "Vivamed" klinikasının direktoru Zurab Çxaidze danışıb.

"O deyir ki, yalnız azad olunacağı halda həkimlərin məsləhətinə qulaq asacaq. Xəstə müxtəlif instrumental müayinələrdən keçib. Mədənin qida qəbulu və emalı prosesində iştirak etdiyi, mexaniki müqavimətin olmadığı təsdiqlənib. Pasient sadəcə psixo-emosional fonda yemək yemir, imtina edir və nəticədə xəstədə qida qəbuluna tam dözümsüzlük var", - deyə həkim Saakaşvilinin hansı vəziyyətdə olduğunu izah edib.

Klinika direktorunun sözlərinə görə, endokrinoloq hər gün Saakaşviliyə menyu yazır və bu barədə ailə üzvlərinə məlumat verir, lakin tövsiyələr yerinə yetirilmir.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər