Sizin Reklam Burada

“Bizi yazın ortasından sonuna kimi həlledici döyüşlər gözləyir"

“Bizi yazın ortasından sonuna kimi həlledici döyüşlər gözləyir"“Ukraynanı yazın ortasından sonuna kimi həlledici döyüşlər gözləyir. Bu döyüşlər müharibədə dönüş nöqtəsi olacaq”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın qarşısında strateji vəzifə dayanır: “Qarşı tərəf martın 31-dək Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq istəyir. Rusiyada artilleriya mərmilərinin ehtiyatları 30%-ə qədər azalıb və raketlərin qalıqları demək olar ki, tükənib. Onlar ay ərzində maksimum 40 qanadlı raket istehsal edə bilərlər. Ona görə də Rusiya Kiyevin ələ keçirilməsi iddiasından imtina etməli olub”.

K.Budanov həmçinin Rusiya Silahlı Qüvvələrinin taktikanı dəyişdiyini bildirib: “Onlar hücum əməliyyatlarında texnikaya yox, canlı qüvvəyə üstünlük verirlər. Biz qələbədən sonra sərhədimizin ətrafında təhlükəsizlik zonası üçün şərait yaratmalıyıq. Futbol dili ilə desək, indi hesab 1:1-dir və 70-ci dəqiqədir. Amma bu mənim subyektiv baxışımdır”.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov qarşıdakı ayların müharibənin taleyində həlledici olacağını söyləyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş ötən il fevralın 24-də başlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər