Xersondan Rusiya pasportu olmayan insanlar qovulur
Dərc olunub:
22-02-2023, 12:00
Xerson vilayətinin işğal olunmuş hissəsində ruslar martın əvvəlindən Rusiya pasportu olmayan bütün yerli sakinləri qovmaqla hədələyirlər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya qoşunları polislə birlikdə keçid məntəqələrində yoxlamaları gücləndirib.