Zəlzələdən sonra 4 nəfər ürəktutmasından öldü
Dərc olunub:
21-02-2023, 08:55
Türkiyənin Hatay vilayətində baş verən güclü zəlzələ Suriyanı da silkələyib. Təbii fəlakət nəticəsində Suriyada 5 nəfər həlak olub.
"Al Arabiya" telekanalının məlumatına əsasən, 4 nəfər zəlzələdən sonra ürəktutmasından ölüb.
Bildirilib ki, dağıntılar altında qalmaq qorxusu yaşayan bəzi insanlar özlərini pəncərədən yerə atıblar.
Qeyd edək ki, zəlzələ nəticəsində ölənlər barədə hələlik rəsmi açıqlama verilməyib.
Son xəbərlər
