Sizin Reklam Burada

Hatayda yeni zəlzələ: 3 ölü, 213 yaralı

Hatayda yeni zəlzələ: 3 ölü, 213 yaralıHatay vilayətində baş verən son 4 zəlzələ nəticəsində yenə dağıntılar altında qalanlar var.

Avrasiya.net xəbər verir ki, bu haqda Hatay vilayətinin bələdiyyə sədri Lütfi Savaş açıqlama verib. Lütfi Savaş əhalini binalardan və sahildən uzaq olmağa çağırıb.

Jurnalist Fulya Öztürk isə zəlzələ zamanı bir nəfərin öldüyü, 4 nəfərin dağıntılar altında qaldığını bildirib. Onun sözlərinə görə, bir nəfər xilas edilib.

"Dağıntılar altında daha çox insan var, bu, hələlik, məlum olanlardır", - o qeyd edib.

Qeyd edək ki, yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Bu zəlzələlərdən 15 dəqiqə sonra 5 baldan yuxarı daha iki zəlzələ daha olub.

***

Hatay vilayətinin Antakya, Dəfnə və Samandağı ilçələrində 3 vətəndaşımız son zəlzələ nəticəsində həlak olub, 213 nəfər yaralanıb.

Bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuata verdiyi açıqlamada deyib.

Nazir polis və xilasedici qrupların 42 çağırışa çıxdıqlarını bildirib. Soylu baş verən zəlzələ nəticəsində Antakyada fay xəttinin bir hissəsində növbəti qırılmanın baş verdiyini deyib.

Qeyd olunub ki, yeni dağıntılar altında qalanların olduğu güman edilir. Axtarış işləri aparılır. Bundan əlavə, son baş verən zəlzələnin 6 fevralda olan yeraltı təkanla əlaqəsinin olmadığı da vurğulanıb.

***

Hazırda Hatayda baş verən son zəlzələdən sonra meydana gələn dağıntılar altında 3 nəfərin axtarışı davam etdirilir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Eyni zamanda, AFAD Hatayda baş verən 6.4 və 5.8 bal gücündə zəlzələlərdən sonra 32 afterşokun yaşandığını bildirib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər