Sizin Reklam Burada

“Putin ölsə, bunlar baş verəcək” - ŞOK PROQNOZ

“Putin ölsə, bunlar baş verəcək” - ŞOK PROQNOZ“Hərbi məğlubiyyət halında Putin üçün hakimiyyəti saxlamaq çox çətin olacaq”.

Xarici agentliklər xəbər verir ki, bu fikir rus miqrant-milyarder Mixail Xodorkovski tərəfindən Münxen Təhlükəsizlik Konfransında jurnalist Cek Kelliyə müsahibəsində səslənib.

Xodorkovski Qərbin yalnız Putindən sonra gələnlərlə ciddi danışıqlar aparacağını söyləyib. Rusiya Federasiyası rəhbərliyinin əvəzinə müxalifət nümayəndələrinin dəvət olunduğu Münxen Təhlükəsizlik Konfransında çıxış edən Xodorkovski burada “Əjdahanı necə öldürmək olar?” adlı yeni kitabını da təqdim edib. O, tezislərinin bəzilərini jurnalist Cek Kelliyə müsahibəsində açıqlayıb.

Mixail Xodorkovski Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı mümkün ssenarilərdən danışıb: “Putinin gedişi üçün hərbi məğlubiyyət şərtdir. Ya da bu iş artıq Tanrının ümidinə qalıb”.

“Əgər Putin ölsə, Mişustin onun yerini tutacaq və eyni xətti davam etdirməyə çalışacaq. Amma Putinin rejimi şəxsi xarakter daşıyır və onun yerini tutan birinin öz mühitində həmin tarazlığı qoruya biləcəyi şübhəlidir. Putin hər şeyi şəxsən özü üçün qurub”, - deyə Mixail Xodorkovski bildirib.

“Rusiya Federasiyasının rəhbərliyində dəyişikliklər olsa, yalnız o zaman Qərbin əlinə hansısa “qızıl açarı” keçəcək. İstənilən növbəti hökumət sanksiyaların ləğvində maraqlı olacaq. Burada olmağımın məqsədi Qərbi bu açardan ehtiyatla və səhvsiz şəkildə istifadə etməli olduğuna inandırmağa çalışmaqdır”, - deyə “Yukos”un keçmiş sahibi söyləyib.

Musavat.com

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər