Azərbaycan Ərbildə Baş Konsulluq açacaq
Dərc olunub:
20-02-2023, 12:33
Azərbaycan İraqın şimalında yerləşən Ərbil şəhərində Baş Konsulluq açmağı planlaşdırır.
Avrasiya.net xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısının rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, konsulluğun açılması Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü zamanı müzakirə edilib.
Xatırladaq ki, görüş Almaniyanın Münhen şəhərində baş tutub. Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.