Sizin Reklam Burada

Molla rejimi Azərbaycanı bu cür məhv edir - Rəhmanifər

Molla rejimi Azərbaycanı bu cür məhv edir - RəhmanifərTəbrizin kiçilməsi dünənin və ya bu günün məsələsi deyil. Azı 100-150 ildir İran rejiminin davam edən siyasətidir. İranda Qacarlardan sonra hakimiyyətə Pəhləvilər gəldi.

Bu sözləri Axar.az-a Güney azərbaycanlı araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər Təbrizin ərazisinin kiçildilməsi ilə bağlı yaranan narahatlığı şərh edərkən deyib.

Pəhləvilər dönəmində Güney Azərbaycan əhalisinin İran əhalisinin 1/3-ni təşkil etdiyini diqqətə çatdıran Rəhmanifər onların Rza xan dönəmində böyük təzyiqlərə məruz qaldığını bildirib:

“Təbriz şəhəri Qacar dönəmindən bəri birinci iqtisadi şəhər idi. Yavaş-yavaş Tehran və İsfahan böyüməyə başladı, amma Təbriz hələ əvvəlki durumunu qoruya bilirdi. Günü-gündən aparılan bu siyasət, nəhayət, öz acı nəticəsini verdi. Bu gün Güney Azərbaycanda yaşayan azərbaycanlılar İranın üçdə birini yox, bəlkə, yeddidə, səkkizdə birini, ancaq təşkil edirlər. Çünki Güney Azərbaycan türkləri öz doğma yurdlarından başqa şəhərlərə köçmək məcburiyyətində qalıblar. İş və müxtəlif səbəblərdən onlar Azərbaycanı tərk edib, başqa şəhərlərdə məskunlaşıblar”.

Rəhmanifər, həmçinin, büdcə layihələrində də Güney Azərbaycana az vəsait ayrıldığını vurğulayıb:

“İranın büdcə layihəsinə baxsaq, görərik ki, təkcə İsfahana ayrılan vəsait Güney Azərbaycan bölgəsinə ayrılan büdcədən nə qədər çoxdur. Təbrizin kiçilməsi nə deməkdir? Əslində, Güney Azərbaycan kiçilir. Büdcəni fars bölgələrinə verib, oranı abad edir. Azərbaycanda isə işsizlik olacaq, təbiət zəhərlənəcək, Urmu gölü qurudulacaq, insanlar başını götürüb fars bölgələrinə gedəcək. Beləliklə də Azərbaycan kiçiləcəkdir. Günü-gündən böyümək əvəzinə camaat azalacaq, şəhərlər balacalaşacaq. Bu, bir faciədir, Pəhləvilər kimi molla-fars rejimi də bu fəlakəti Güney Azərbaycanın başına gətirir”.

Qeyd edək ki, Güney Azərbaycandan olan millət vəkili Əhməd Əlirzabeygi Təbriz ətrafının ayrıca şəhərə çevrilməsi təklifinin asanlıqla qəbul edilməsini tənqid edərək, bunun şəhərin inkişafına mane olduğunu bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər