Türkiyədəki zəlzələdə 23 jurnalist həlak olub - ADLAR
6 fevral 2023-cü ildə Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonlarında 9 saat fərqlə baş verən 7.7 və 7.6 bal gücündə zəlzələlərdə həyatını itirən jurnalistlərin sayı 23-ə çatıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Şurası (KGK) məlumat yayıb.
Qurumun sədri Mehmet Ali Dim zəlzələ bölgəsində jurnalistlərlə davamlı ünsiyyətdə olduqlarını bildirib.
"Hər gün yeni bir kədərli xəbərlə sarsılırıq. Təəssüf ki, zəlzələ nəticəsində həyatını itirən jurnalistlərin sayı 23 nəfər olub. Hələ xəbər almadığımız həmkarlarımız var. Sağ qalanlar və müalicəsi davam edənlər də var. Xilasetmə və axtarış işləri davam edərkən, qorxuram ki, üzücü xəbərlər alacağıq. Mərhum həmkarlarımızı rəhmətlə yad edirik. İtkilərimizin daha da artmaması duamızdır", - deyə o söyləyib.
10 jurnalistin həyatını itirdiyi Adıyaman və 9 jurnalistin həlak olduğu Hatay başda olmaqla, Kahramanmaraş və Malatyanın zəlzələ bölgəsində bir çox qəzet redaksiyası, yerli televiziya və radio binaları, media bürolarının zərər çəkdiyi məlum olub.
“Hazırda yayımlarını davam etdirə bilməyən bu media qurumlarının yenidən ayağa qalxması üçün lazımi ictimai dəstəyi verməyə çalışacağıq", - deyə KGK sədri Dim əlavə edib.
Zəlzələdə həyatını itirən jurnalistlərin şəhərlər üzrə siyahısı aşağıdakı kimidir:
Adıyaman: Burak Alkuş (Adıyaman Səsi), Hidayet Özdemir (Jurnalist-Yazar), İsgəndər Qorqud (Mercan TV), Kamal Öner (Adıyaman Telegram), Muhammed Akan (Adıyaman News) Ruhi Akan (Jet News), Yunus Emre Doğan (Mercan TV), Zübeyir Pektaş (Xalqın Səsi), İsmail Hakkı Koçak (Mercan TV), Fatih Bayın (Radio Tek)
Hatay: Ayşe Figen Arlı (İskenderun Səs), Haluk Arlı (İskenderun Səs), Burak Milli (AA), Gökhan Aklan (İHA), İzzet Nazlı (DHA), Neşet Alkan (News Ekspres), Erhan Yılmaz (23 iyul) Mehmet Tekin (təqaüdçü jurnalist), Həsən Seyid Okay (Təqaüddə olan Jurnalist),
Kahramanmaraş: Mustafa Yüzbaşıoğlu (Bugün), Əziz Çevlik (Başlıq), Fatih Nalbantbaşı (Maraş Media Mərkəzi)
Adana: Meltem Özgen (CRT/TV aparıcısı)