Tahsin Ərtoğruloğlu Britaniya nümayəndə heyəti ilə görüşüb

Tahsin Ərtoğruloğlu Britaniya nümayəndə heyəti ilə görüşübXarici işlər naziri Tahsin Ərtoğruloğlu Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının və Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Avrasiya.net bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinə istinadən xəbər verir.

Xarici işlər naziri Ərtoğruloğlu Kipr Türk Xalqının bərabər beynəlxalq statusunu nəzərdə tutan Kiprlə bağlı türk tərəfinin yeni baxışı barədə Böyük Britaniya parlamentinin nümayəndə heyətinə ətraflı məlumat verib.

Kipr türk xalqına qarşı illərdir ədalətsiz şəkildə tətbiq edilən təcrid və embarqoların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin addımlar atmasının lazım olduğunu xatırladan xarici işlər naziri Tahsin Ərtoğruloğlu İngiltərənin Kipr Türk xalqına qarşı öhdəliklərini gec də olsa yerinə yetirməli olduğunu açıqlayıb.

Görüşdə Böyük Britaniya parlamentariləri Pol Bristou, Stiven Metkalf, Brendan Klark Smit, Lord Roqan və keçmiş parlamentari Baronessa Blekstoun, həmçinin KKTC Xarici İşlər Nazirliyinin müşaviri Kamal Köprülü iştirak edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər