İranda 5 məhkum edam edildi
Dərc olunub:
14-02-2023, 16:03
Fevralın 14-ü səhər saatlarında Ərak və Urmiya şəhərlərinin həbsxanalarında 5 məhkum edam edilib.
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumatda bildirilir ki, məhkumlardan üçü narkotik maddələrin alverinə, ikisi isə adam öldürməyə görə edam cəzasına məhkum edilmişlər.