Sizin Reklam Burada

İran rəhbərliyi azərbaycanlıları aldadıb ac-susuz qoydu

İran rəhbərliyi azərbaycanlıları aldadıb ac-susuz qoyduİranın azərbaycanlılar yaşayan Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələdən iki həftə keçsə də, evləri dağılan soydaşlarımız hələ də küçələrdə gecələyirlər. Qarlı-şaxtalı hava şəraitində əlacsız qalan soydaşlarımız İran hakimiyyəti tərəfindən taleyin ümidinə buraxılıb.

Hazırda güneyli qardaş-bacılarımızın durumu necədir? Cənubdan hansı xəbərlər var?

Bu barədə Modern.az-a danışan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli bildirib ki, İran rejimi zəlzələdən əziyyət çəkən azərbaycanlılara əvvəlki kimi biganə münasibətini davam etdirir:

“Zəlzələ Xoy şəhəri və onun ətrafındakı binaların planlı şəkildə tikilmədiyini göstərdi. Ona görə də ən yüngül zəlzələdə dağıntılar olur. İnsanlar həyatını itirir. 70 kənddə evlərin 80 faizi dağılıb. 5.9 ballıq zəlzələ bu qədər evin dağılmasına səbəb olmamalı idi. Bir çox insan evsiz-eşiksiz qalıb. Çox sayda insanlar evlərinə gedə bilmir. Acınacaqlı vəziyyət hökm sürür. İran rejimi zəlzələdən əziyyət çəkən insanlara əvvəlki biganə münasibətini davam etdirir. Rejim Güney Azərbaycan və onun problemlərinə biganə qalmaq, kömək əli uzatmamaq, hətta hər yolla problemləri ört-basdır etmək istiqamətində tutduğu yolu davam etdirir".

Onun sözlərinə görə, quzeyli və güneyli azərbaycanlıların sosial mediada fəallıq nümayiş etdirməsi İranın hadisəni ört-basdır etmək niyyətini suya düşürdü:

"Quzeyli azərbaycanlıların, güneyli milli fəalların sosial mediada fəallığı, zəlzələ ərazisindən fotolar paylaşması, eləcə də mətbuatda problemlərin işıqlandırılması rejimin bu hadisəni ört-basdır etməsinə mane oldu. Yoxsa molla rejimi hadisənin üstündən keçəcək, heç nə olmamış kimi davranacaqdı".

S.İsbəyli vurğulayıb ki, Güneydəki milli fəallar evsiz qalan soydaşlarımızı tək qoymayıb, onlara öz dəstəklərini ifadə ediblər:

"İnsanlar soyuq qış günlərində küçələrdə ac-susuz qalıblar. Hakimiyyət nümayəndələri onlar üçün normal çadırlar göndərməyib. Arzuolunmaz vəziyyət hələ də davam edir. Ancaq bizim milli fəallarımız onları molla rejiminin ümidinə qoymadı. Rejim yardımların göndərilməsinə mane olsa da, milli fəallar zəlzələ zonasındakı insanalara hər cür yardım, eləcə də isti yeməklər, paltarlar aparır. Bu gün biz soydaşlarımızı tək buraxmırıq. Artıq əvvəlki dövr deyil. İnsanlarımız oyanıb. Azadlıq, ədalət, milli hökumət şüarı altında mübarizə aparırıq".

Siyasi şərhçinin fikrincə, fəalların azadlıq uğrunda mübarizəsi molla rejimini ciddi şəkildə narahat edir:

"Bu, onu göstərir ki, nə Azərbaycan milləti Tehran rejiminə inanır, nə də rejim azərbaycanlılara kömək etmək niyyətindədir. İran öz vətəndaşına yox, Suriyaya yardım göndərir. Əlbəttə, fəlakətə görə yardım göndərmək lazımdır. Öncə öz vətəndaşlarına yardım etməlisən. İranın bu cür davranışı mövcud rejimin mahiyyətindən irəli gəlir. İran rəhbərliyi vədlər versə də, heç birinə əməl etmir. İnsanları aldatmaqla məşğuldurlar. Azərbaycanlılara vədlər vermişdilər ki, onlara hər bir yardım göstəriləcək. Amma biz bunun əksini gördük. İnsanları aldadıb, ac-susuz qoydular. Budur, molla rejiminin gerçək üzü. Bundan sonra biz azərbaycanlılar bir-birimizə dayaq olub, rejimin əsarətindən xilas olmağı bacarmalıyıq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər