Sizin Reklam Burada

Zəlzələnin Türkiyəyə vurduğu iqtisadi ziyan

Zəlzələnin Türkiyəyə vurduğu iqtisadi ziyanİlkin qiymətləndirmələrə görə, zəlzəninin nəticələrini aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bu da Türkiyədə iqtisadi artım tempini 2 faiz bəndi azalda bilər.

Avrasiya.net xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

“13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə bina, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. Ötən il Türkiyə lirəsi dollar qarşısında 30 faizə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85 faiz yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-ci ilə kifayət qədər nikbin gözləntilər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradırdı”, - iqtisadçı qeyd edib.

Bayramov bildirib ki, Türkiyə zəlzənin nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər:

“Hazırda xarici borcun ÜDM-ə nisbəti 34.0 faizdir. Beynəxalq ekspertlər bu rəqəmin ilin sonunda 43.0 faizədək yüksələcəyini gözləyir”.

Millət vəkilinin sözlərinə görə, bütün bunlarla yanaşı, Türkiyə belə ağır günləri arxada qoymaq, həmin əraziləri qısa müddətdə bərpa etmək gücünə malikdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər