Sizin Reklam Burada

İbrahim Kalın Yunanıstan baş nazirinə təşəkkür etdi

İbrahim Kalın Yunanıstan baş nazirinə təşəkkür etdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Yunanıstan baş naziri Kirakos Miçotakisə təşəkkür edib.

Avrasiya.net xəbər verir ki, Kalın bu gün tviterdə Miçotakisin 3 gün əvvəlki paylaşımına cavab yazıb.

"İçimizi kədərlə dolduran görüntüləri, bizi ümidlə dolduran görüntülər izləyir. Xilasetmə qruplarının insanüstü səylərinə tək kəlmə ilə sayğı duyuruq. Yunanlar və türklər yan-yana həyat xilas etmək üçün birlikdə savaşırlar. Etdiklərinə görə onlara minnətdarıq", - deyə Yunanıstan baş naziri yazmışdı.

"Cənab baş nazir, bütün dəstəkləriniz üçün təşəkkür edirik", - deyə Kalın Miçotakisə cavabında bildirib.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bu ölkəyə yardım göndərən dövlətlərdən biri də Yunanıstandır. Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 17 674 nəfər həyatını itirib, 72 879 nəfər isə yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər