Ermənistan tezliklə Təbrizdə konsulluq açmalıdır - İranlı səfir

Ermənistan tezliklə Təbrizdə konsulluq açmalıdır - İranlı səfirTezliklə İranda Ermənistanın baş konsulluğu açılmalıdır.

Modern.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri fevralın 9-da “Ermənistan-İran münasibətləri ortaq maraqlar kontekstində” mövzusunda müzakirə zamanı deyib.

Qeyd edək ki, söhbət Ermənistanın Təbrizdə diplomatik nümayəndəlik açmaq planlarından gedir.

Səfir ekspertlər səviyyəsində qaldırılan məsələlərin tələbə çevrilməli, iki ölkənin və xalqların mənafeyinə uyğun gündəm formalaşdırılmalı olduğuna əminliyini bildirib.

“İki ölkənin liderləri hadisələri diqqətlə izləyirlər. Hər iki ölkənin xüsusi gündəliyi olmalıdır. Biz qonşuyuq və bundan sonra da qonşu kimi qalacağıq”, - deyə səfir vurğulayıb.

O, İranın Ermənistanın Qafan şəhərində Baş Konsulluğunun açılmasını nümunəvi addım adlandırıb.

Xatırladaq ki, İranın Qafandakı Baş Konsulluğu 2022-ci ilin oktyabrında açılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər