Sizin Reklam Burada

Şok: Növbəti güclü zəlzələ İstanbulda...

Şok: Növbəti güclü zəlzələ İstanbulda...Alimlər yaxın illərdə Türkiyənin 17 milyona yaxın əhalisi olan ən böyük şəhəri İstanbulda güclü zəlzələnin baş verə biləcəyini proqnozlaşdırırlar. Bu, şəhərin coğrafi mövqeyi ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu barədə hələ 2006-cı ildə "Quardian" qəzetinə müsahibəsində türkiyəli professor Okan Tüysüz danışıb.

Professor müsahibəsində zəlzələnin 2030-cu ilə qədər baş verə biləcəyini qeyd edib:

"Maqnitudasını bilirik. Yerini bilirik. Sadəcə, nə vaxt olacağını dəqiq bilmirik. Amma 2030-cu ilə qədər İstanbulda 7,6 bal gücündə zəlzələnin baş vermə ehtimalı 65 faizdir".

Məsələyə münasibət bildirən tanınmış geoloq Naci Görür İstanbulda böyük zəlzələnin 2029-cu ildə ola biləcəyini bildirib:

“Yaxud bir gün yuxudan qalxarıq və dəhşətli mənzərə ilə qarşılaşarıq. İstanbulda böyük zəlzələnin olacağı haqda hələ 1999-cu ildən danışırıq. Bildirirdik ki, önümüzdəki 30 il ərzində zəlzələnin ola bilmə ehtimalı 64 faizdir. Artıq 23 il keçib, 2029-cu ildə ola bilər, ya da həmin dövrə qədər hansısa müddətdə”.

Professor xatırladıb ki, Düzcə zəlzələsini öncədən xəbər veriblər:

“Biz milləti qorxutmamaq üçün hay-küy salmadıq, "tədbirli olun" dedik. Bunu deməyimizdən 3 ay sonra Düzcədə 7,2 ballıq zəlzələ oldu. Öncədən xəbərdarlıq etdiyimiz üçün lazımi tədbirlər görülmüşdü. İstanbulla bağlı da xəbərdarlıq edirik, hazırlıqlı olmalıyıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər