Sizin Reklam Burada

İlin ikinci yarısı Türkiyə üçün yenə bir təhlükə başlayır - Zirəddin

İlin ikinci yarısı Türkiyə üçün yenə bir təhlükə başlayır - ZirəddinTürkiyədəki hadisə ilə bağlı da proqnoz vermişdim, həmçinin bunu sosial şəbəkə hesabımda da insanlarla bölüşmüşdüm. Əvvəlcədən demişdim ki, 2022 və 2023 Türkiyə, İsrail, İraq üçün o qədər də təhlükəsiz olmayacaq. Bildiyiniz kimi, İsraildə də zəlzələ oldu.

Bu sözləri Yenisabah-a açıqlamasında məşhur ekstrasens Zirəddin Rzayev deyib.

Z.Rzayev ilin ikinci yarısında Türkiyəni yenidən təbii fəlakətin gözlədiyini açıqlayıb. O, Azərbaycan üçün hər hansı ciddi təhlükənin olmadığını da qeyd edib:

“İndi proqnoz verirlər ki, Türkiyənin Kastamoun bölgəsində zəlzələ olacaq, amma belə bir şey olmamalıdır. Olsa belə, bu cür dağıntılara, ağır itkilərə, fəsadlara səbəb olmayacaq. 2023-cü il üçün proqnozlarımda dedim ki, Orta Asiya və Avropa bölgəsində bəzi fəlakətlər olacaq, Türkiyə də ora aiddir. Bu, Allahın qəzəbidir.

Doğurdan da belə oldu. Bu gün hətta müharibə şəraitində olan dövlətlər belə, Türkiyəyə yardım edirlər. Başa düşürsünüzmü bu nə deməkdir?

İlin ikinci yarısı Türkiyə üçün yenə bir təhlükə başlayır, ola bilsin ki, yenə hansısa təbii fəlakətlər olsun. Düzdür, İran, Azərbaycan, Ermənistan, Gürcüstan da onlara yaxın ərazilərdir, amma ilin ikinci yarısı üçün bu ölkələrə hər hansı təhlükə görmürəm. Olsa belə, bu cür fəsadlar sadaladığım ölkələrdə olmayacaq. Azərbaycan üçün belə təhlükə yoxdur. Azərbaycanda böyük dağıntılara səbəb olacaq yeraltı təkanlar görmürəm. Ölkəmizdə 8-9 ballıq təkanlar olmayacaq. Amma yenə deyirəm, Türkiyə üçün bu ehtimal var. Ehtiyatlı olmaq lazımdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər