Sizin Reklam Burada

400 minlik ordu hərəkətə keçir - Rusiyanın dəhşətli hücum planı ortaya çıxdı

400 minlik ordu hərəkətə keçir - Rusiyanın dəhşətli hücum planı ortaya çıxdıMüharibədə iştirak edən rus hərbçilərinin sayı 400 min nəfərə qədər arta bilər.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Roman Svitan bildirib.

Ekspert Rusiya hərbi komandanlığının bu sayın yarısını Donetsk istiqamətinə köçürəcəyini deyib:

“İndi sərhədə daha 100 minə yaxın adam köçürülür. Təzyiq artacaq və pik hədd fevralın 20-dən sonra, ayın üçüncü ongünlüyündə gözlənilir.

400 minlik qoşun bir istiqamətdə zərbə endirməyəcək. Onlar Kinburn Spitdən Kupyanska qədər min kilometrlik cəbhə boyu səpələnəcəklər. Deyə bilərik ki, bu 400 min nəfərin yarısı bizim qoşunlarımızı Donetsk istiqamətində sıxışdırmağa çalışacaq”.

“Financial Times”ın məlumatına görə, Ukrayna hakimiyyətinə Rusiyanın 10 gün ərzində baş verə biləcək yeni hücumu barədə məlumat verilib. Analitiklər hücumun ehtimal olunan istiqamətini Luqansk vilayətinin Kremennaya və Liman bölgəsinin qərb hissəsini adlandırırlar.

Eyni zamanda, istefada olan general-leytenant Ben Hodqes Rusiya ordusunun mümkün böyük hücumuna şübhə ilə yanaşır.

ISW-yə görə, Rusiyanın uğurlu böyük hücumu üçün kifayət qədər döyüş gücü yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər