Sizin Reklam Burada

Rusiyada azərbaycanlı avtoritetlər saxlanıldı

Rusiyada azərbaycanlı avtoritetlər saxlanıldıRusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı kriminal avtoritetlərin toplantısının keçirildiyi məkana basqın edib.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Mıtışidə keçirilən xüsusi əməliyyat nəticəsində 50-yə yaxın adam saxlanılıb.

İlkin məlumatlara görə, fevralın 6-da günorta saatlarında 1-ci Proletarskaya küçəsində yerləşən “Qranada” restoranında, əsasən, Azərbaycandan olan avtoritetlər hansısa məsələni ayırd etmək üçün toplaşıblar.

Saat 16:00-ya yaxın Rusiya Qvardiyası və polis məxsus maşınlar əraziyə gəlib və restoran mühasirəyə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, restorana gələn avtoritetlərin bəziləri qaçmağa çalışsalar da, saxlanılıblar. "Baza"nın məlumatına görə, ümumilikdə 48 azərbaycanlı saxlanılıb. Saxlanılanlar arasında 2 Dağıstan, 1 Ermənistan və 1 Tacikistan sakini də var. Onların telefonları, həmçinin 5 travmatik tapança və 1 ədəd “Sayqa” karabini müsadirə edilib.

Əməliyyatda 100-ə yaxın təhlükəsizlik işçisi iştirak edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər