Sizin Reklam Burada

Deputat mandatdan imtina ərizəsi YAZDI

Deputat mandatdan imtina ərizəsi YAZDIUkrayna Ali Radasının deputatı, əvvəllər ölkədə fəaliyyəti qadağan edilmiş “Ömürlük Müxalifət Platforması”nın üzvü olmuş İqor Abramoviç mandatdan imtina edib.

Bu barədə Ukraynanın Telegram kanallarında bildirilib.

Yanvarın 13-də Ukrayna Ali Radası “Ömürlük Müxalifət Platforması”nın deputatları Viktor Medvedçuk, Taras Kozak, Andrey Derkaç və Renat Kuzmini mandatlarından məhrum edib.

Prezident Volodimir Zelenski isə onları Ukrayna vətəndaşlığından çıxarıb.

Ukrayna KİV-i xəbər verir ki, Ali Rada müxalifət platformasından olan daha dörd deputatı - Natalya Korolevskaya, Aleksandr Ponomarev, Yuri Solod və Oleq Voloşini vaxtından əvvəl mandatlarından məhrum etməyi planlaşdırır. Onların Rusiya vətəndaşlıqlarına mailk olduqları barədə iddia var.

Son məlumatlarda Voloşin, Korolevskaya və Solodun istefa ərizəsi yazdıqları bildirilib.

Zelenski 2022-ci ilin yazında Ukraynada “rusiyapərəst” partiyaların fəaliyyətini qadağan edən qanun imzalayıb. Ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, onların sırasına 15-dən çox partiya daxil edilib. Bu sırada “Ömürlük Müxalifət Platforması” da var. Ədliyyə naziri Denis Malyuska partiya deputatlarının fəaliyyətinin hakimiyyətin ciddi nəzarəti altında olacağını, gələcəkdə onların mandadan məhrum edilə biləcəyini vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər