Sizin Reklam Burada

Rəisi zəlzələ qurbanı olan azərbaycanlılarla bağlı tapşırıq verdi

Rəisi zəlzələ qurbanı olan azərbaycanlılarla bağlı tapşırıq verdiİran prezidenti İbrahim Rəisi fevralın 3-də zəlzələdən zərər çəkmiş Xoy şəhərində əhalinin vəziyyəti ilə bağlı Qərbi Azərbaycan vilayətinin qubernatoru ilə telefon danışığı aparıb və yenidənqurma işlərinin sürətləndirilməsini istəyib.

Modern.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran prezidenti telefon danışığı zamanı soyuq hava ilə əlaqədar müvəqqəti yerləşdirmə düşərgələrinin və sığınacaqların sayının artırılması və insanların ehtiyaclarının ödənilməsi barədə göstəriş verib.

Qərbi Azərbaycan vilayətinin qubernatoru da öz növbəsində Rəisiyə son yardım vəziyyəti haqqında ətraflı hesabat təqdim edib. Onun sözlərinə görə, indiyədək Xoy şəhərində 60 müvəqqəti məskunlaşma düşərgəsi yaradılıb və bu düşərgələrin sayı 100-ə çatdırılacaq.

Son zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binasının dağıldığını deyən qubernator əlavə edib ki, indiyədək əhali arasında 25 mindən çox çadır paylanıb.

Xatırladaq ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb.

Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub.

Zəlzələdən zərər çəkənlərin əsasən azərbaycanlılar olduğu bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər