Sizin Reklam Burada

Fuat Oktaydan dünyaya ÇAĞIRIŞ: Şimali Kipri tanıyın!

Fuat Oktaydan dünyaya ÇAĞIRIŞ: Şimali Kipri tanıyın!Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Respublikası (KKTC) ilə bağlı dünya ölkələrinə çağırış ünvanlayıb.

"TRT Haber" xəbər verir ki, o, KKTC-ni müstəqil dövlət kimi tanımağa çağırıb.

"BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti Kipr türklərinin bərabər statusunu qəbul etməyə, Şimali Kipr Türk Respublikasını tanımağa çağırırıq", - deyə Oktay bildirib.

Qeyd edək ki, 1878-ci ildə Osmanlıdan Britaniya nəzarətinə keçən adada 1960-cı ildə müstəqil dövlət qurulub. Daha sonra yunan radikal qrupların Kiprin türk əhalisinə qarşı sistematik qırğınlar törətməsi 1974-cü ildə Türkiyənin müdaxiləsinə səbəb olub və Kipr iki hissəyə bölünüb. 1983-cü ildə adanın şimalında KKTC yaradılıb. Türkiyədən başqa heç bir ölkə bu dövlətin müstəqilliyini tanımır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər