Sizin Reklam Burada

Ermənistan parlamentində “Laçın dəhlizi” ilə bağlı dinləmə boykot edildi

Ermənistan parlamentində “Laçın dəhlizi” ilə bağlı dinləmə boykot edildiFevralın 3-də Ermənistan parlamentində “Laçın dəhlizi”nin bağlanması ilə bağlı dinləmələr keçirilir.

Dinləmələr parlament müxalifətinin - “Hayastan” fraksiyasının təşəbbüsü ilə çağırılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının parlamentdəki fraksiyası bu dinləmələri boykot edib.

Dinləmələrdə çıxış edən fraksiya rəhbəri, eks-müdafiə naziri Seyran Ohanyan bildirib ki, Ermənistan təkcə dünya güclərinin deyil, həm də ölkə hakimiyyətinin hərəkətləri nəticəsində güc mərkəzləri arasında maraqların toqquşması qovşağındadır.

Ohanyan xatırladıb ki, müxalifət hələ dekabrda parlamentin növbədənkənar iclasını çağırıb.

O zaman “Laçın dəhlizi”nin ilə bağlı bəyanatın qəbul edilməsi və Azərbaycanın hərəkətlərinin pislənməsi nəzərdə tutulurdu, lakin hakimiyyətin “Mülki müqavilə” fraksiyası bunu qəbul etməyib.

Digər müxalif deputat Andranik Tevanyan qeyd edib ki, Qarabağ məsələsində müxalifətlə iqtidar arasında ciddi fikir ayrılıqları var.

Hakimiyyət hesab edir ki, Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə məsələsi Ermənistanın siyasi gündəminə düşməməli və öz öhdəliklərindən imtina etməlidir.

O buna görə iqtidarı tənqid edib.

Deputat vurğulayıb ki, hakimiyyət Ermənistanın və Dağlıq Qarabağın mövcudluğunu alver predmetinə çevirib. Üstəlik, Qərblə Rusiya arasında geosiyasi münaqişə kontekstində Rusiya Federasiyasının strateji müttəfiqi olan Ermənistanın Qərb koalisiyasına qoşulması onun mövqeyini daha da ağırlaşdırır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər