Sizin Reklam Burada

Rusiya Ukraynada 200 min itki verib - “Hər gün yüzlərlə hərbçi ölür”

Rusiya Ukraynada 200 min itki verib - “Hər gün yüzlərlə hərbçi ölür”Rusiya ordusunun Ukraynadakı ölü və yaralılarının sayı 200 min ətrafındadır.

Bunu "The New York Times" nəşri yazıb.

ABŞ və digər Qərb ölkələrinin rəsmi hesablamalarına görə, Ukraynada ölən və yaralanan rus hərbçilərinin sayı 200 min nəfərə yaxınlaşır.

Qəzet yazır ki, Baxmut və Soledar uğrunda döyüşlərdə Rusiyanın itkiləri xeyli artıb.

Moskvanın böyük qələbəyə ehtiyacı olduğu və Baxmutu bütün şərqi Donbası ələ keçirməyin açarı kimi gördüyü üçün zəif təlim keçmiş yeni çağırışçılar və keçmiş məhbuslar cəbhə bölgələrinə göndərilib. Nəticədə hər gün yüzlərlə hərbçi ölür və ya yaralanır.

Qəzet qeyd edib ki, Ukrayna tərəfi də eyni itkilərə məruz qalır, baxmayaraq ki, Kiyev onları açıqlamadığına görə real rəqəmləri müəyyən etmək çətindir. Ötən ilin noyabrına olan hesablamalara görə, hər bir tərəfin 100 000-dən çox əsgər itirdiyi və yaralandığı deyilirdi.

Yanvarda isə ABŞ rəsmiləri Rusiya tərəfinin itkilərinin 200 minə yaxınlaşdığına inandıqlarını söyləyiblər. Bu, Əfqanıstanda 20 il davam edən müharibədə ABŞ-ın itkilərindən 8 dəfə çoxdur.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər