"Azərbaycanın bütün sahələrində İranın kifayət qədər agenti var" — Partiya sədri
"Bir ölkənin başqa ölkədə agent qurmaqda əsas məqsədi həmin ölkə daxilində öz ölkəsinin maraqlarını təmin etmək, həmin ölkəyə bu və ya digər şəkildə təzyiq etməkdir. Sosial, siyasi iqtisadi və digər sosial metodlarla, təxribatlar törətmək, həmin ölkənin siyasi rəhbərliyini fakt qarşısında qoymaqdır".
Bu sözləri Demokrat.az -a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Partiya rəhbəri bildirib ki, İran Azərbaycanda yaratdığı casus şəbəkəsiylə ölkədə qarışıqlığın yaradılmasına çalışıb:
"İran hər zaman Azərbaycanın müstəqil siyasət yürütməsinin qarşısı almağa çalışıb. Yəni, Azərbaycan öz maraqlarından daha çox İranın maraqlarını müdafiə etsin, yaxud da, İran əleyhinə addımlar ata bilməsin. Artıq illərdir ki, ölkəmizdə din adı altında İran özünün imzası üçün şəbəkəsini yaradır. Bununla da, Azərbaycana təsir mexanizmlərini formalaşdırmağa çalışır. Həm mediada, həm din xadimləri arasında kifayət qədər agenti var. Əminəm ki, biznes, iqtisadi, mədəni sahədə də var. Azərbaycan xüsusi xidmət orqanları çalışmalıdır ki, Azərbaycandakı İran bütün casus şəbəkəsini ifşa etsin".