Sizin Reklam Burada

İranda etirazları dəstəkləyən professorlar universitetlərdən qovulur

İranda etirazları dəstəkləyən professorlar universitetlərdən qovulurİranın şimal-şərqi Məşhəd şəhərindəki Firdovsi Universitetinin azı 10 professoru ölkədəki etirazlara dəstək nümayişindən sonra işdən çıxarılıb. Ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polisdə öləndən sonra İranı kütləvi etirazlar bürüyüb.

İran Tələbələrinin Birlik Şurasının məlumatına görə, 11 professor tələbələrin hüquqlarını dəstəklədiyinə və müdafiə etdiyinə görə işdən çıxarılıb. Şura professorların adlarını açıqlamasa da, onların təmsil etdiyi fakültələrin adlarını yayıb.

Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan sonra polisdə vəfat edib. Bunun ardınca minlərlə iranlı küçələrə çıxaraq daha çox azadlıq, qadınların hüquqlarının müdafiə olunmasını tələb edib.

Bir çox universitetlərdə, xüsusilə Tehranda saysız etirazlar keçirilib, bir çox tələbə dərslərə girməkdən imtina edib. Tələbələr “qadın, həyat, azadlıq”, “diktatora ölüm” şüarları səsləndiriblər. Bəzi qadın tələbələr baş örtüklərini çıxararaq yandırıblar.

Tələbələr etirazlar vaxtı professorlardan dəstək istəyiblər. Bəzi universitetlərdə professorlar və mühazirəçilər etirazçılarla həmrəylik bildiriblər.

HRANA xəbər agentliyinin yanvarın 26-da bildirdiyinə görə, azı 700 universitet tələbəsi son iğtişaşlarda həbs olunub. Onların çoxuna həbs, şallaq cəzaları kəsilib. Onlara tələbə universitetlərdən qovulub.

Təhlükəsizlik qüvvələri ölkədə etirazçılara amansızlıqla divan tutub. İnsan haqları təşkilatları indiyədək etirazlarda 500-dən çox insanın öldürüldüyünü, yüzlərlə xəsarət alanların olduğunu bildirir.

Etirazlarla bağlı jurnalistlər, vəkillər, fəallar və başqaları da daxil minlərlə şəxs saxlanıb. Onların bir çoxuna ölüm cəzası nəzərdə tutan ittihamlar irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər