Sizin Reklam Burada

“Azərbaycan öz ərazilərini geri qaytarıb”

“Azərbaycan öz ərazilərini geri qaytarıb”"Azərbaycan öz ərazilərini geri qaytarıb".

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmişdi, Azərbaycan həmin əraziləri geri qaytarıb”, - Rusiya XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycana Qafqazda vəziyyəti sabitləşdirmək yollarını axtarmaqda kömək etməyə hazırdır: “Ötən ilin sentyabr ayında zorakılıq halları artdıqdan sonra biz Ermənistanın sorğusu əsasında KTMT-nin Baş katibinin rəhbərliyi altında ora xüsusi missiya göndərdik. Baş katib Azərbaycanla sərhəddə yerləşən Ermənistan ərazisində KTMT missiyasının yaradılması ilə bağlı planı təqdim etdi. Plan çoxdan hazır idi, lakin Ermənistan tərəfi özü bizi tələsdirmirdi. Nəticədə İrəvanda keçirilən sammitdə müvafiq qərarın mətni hazırlandı. Amma rəsmi İrəvan bəyan etdi ki, qərar yalnız o halda lazım olar ki, onun mətnində Azərbaycanın davranışı qəti şəkildə pislənsin. Təşkilata üzv dövlətlərin heç də hamısı buna hazır deyildi".

S.Lavrov vurğulayıb ki, Qarabağ müharibəsinin tarixi onilliklərə ölçülür: "Ermənistan uzun illər Azərbaycanın Qarabağ ətrafında yerləşən 7 rayonunu işğal etmişdi. Rusiya çoxsaylı həll variantları təklif etsə də, Ermənistanın hələ keçmiş rəhbərliyi bu variantları müsbət qəbul etmirdi və heç vaxt iddia etmədiyi əraziləri əlində saxlamağa çalışırdı”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər