Yasin Hüseynzadəni aradan götürəcəklər – Başbuğ

Yasin Hüseynzadəni aradan götürəcəklər – BaşbuğBelə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və vəziyyəti öz xeyrinə dəyişdirmə cəhdidir. Terrorçunun ağlı yerindədir, bunu səfirlikdəki görüntülər də sübut edir.

Bu sözləri Axar.az-a 27 yanvarda ölkəmizin İrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirilməsi haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik terrorçunun ruhi xəstəxanada öldürülməsi ehtimalının olduğunu vurğulayıb:

“Hazırda səfirlikdə törədilən terror aktına görə İrana çox böyük etiraz və təzyiq var. Terrorçunun ruhi xəstə olduğunu deyib, onu xəstəxanaya yerləşdirmək sözügedən təzyiqlərin ən asan yoludur. Məsələnin tamamilə bağlanması üçün xəstəxanada Yasin Hüseynzadənin ölümü təşkil edilə və hadisəyə intihar görüntüsü verilə bilər”.

Qeyd edək ki, istintaqı aparan Tehran Cinayət Prokurorluğu Y.Hüseynzadənin şizofreniya da daxil olmaqla, bir sıra psixi problemlərdən “əziyyət çəkdiyi” qənaətinə gəlib. Terrorçu ən azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər