Sizin Reklam Burada

DİN bu jurnalisti axtarışa VERDİ

DİN bu jurnalisti axtarışa VERDİRusiya Daxili İşlər Nazirliyi əvvəllər “Rosfinmonitorinq” tərəfindən ekstremistlər siyahısına daxil edilmiş jurnalist Arkadi Babçenkonu axtarışa verib.

“Ria Novosti” xəbər verir ki, jurnalistin Cinayət Məcəlləsinə uyğun axtarışda olduğu bildirlsə də, məlumat bazasında konkret maddə göstərilməyib.

Jurnalistin hansı məqaləyə görə ittiham olunduğu da açıqlanmayıb.

Rusiya vətəndaşlığı olan Babçenko 2017-ci ildən Kiyevdə ATR telekanalında çalışır və burada müəllif proqramı aparırdı. O, Rusiyanı kəskin tənqid edib, Ukrayna təhlükəsizlik qüvvələrinin Donbassdakı hərbi əməliyyatını dəstəkləyib. Jurnalist NATO bayrağı altında Amerikanın Abrams tankı ilə Moskvaya qayıdacağını da bildirib.

2018-ci ilin yayında Ukrayna hakimiyyəti naməlum şəxslərin Babçenkonu evində güllələdiyi barədə məlumat yayıb və mediada hadisə yerindən fotolar yayılıb. Lakin ertəsi gün jurnalist mətbuat konfransında görünüb.

2019-cu ilin payızında Babçenko Ukraynanı tərk edib. Jurnalist sosial şəbəkələrdə bildirib ki, o bunu siyasi əqidəsinə görə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər