Sizin Reklam Burada

Putinin yeni təyinatı: Böyük hücum başlayır!

Putinin yeni təyinatı: Böyük hücum başlayır!Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı hərbi əməliyyatlara komandan təyin edilməsi, Sergey Surovikinin bu vəzifədən uzaqlaşdırması səbəbsiz deyil. Bu, Kremlin böyük hücuma hazırlaşdığını göstərə bilər.

Bu açıqlama ilə britaniyalı politoloq Mark Qaleotti çıxış edib.

Qaleotti hesab edir ki, bu qərarla həm Surovikin, həm də Gerasimov cəzalandırılıb: “Gerasimov Putinin Ukrayna ilə bağlı “möhtəşəm” planlarına haqq qazandırmasa, o zaman sadəcə sıradan çıxarılacaq”.

Ekspertin sözlərinə görə, Putinin yəqin ki, hələ də yeni ciddi hücum zamanı həyata keçirməyi planlaşdırdığı çoxlu “qeyri-real ideyaları” var:

“Yeni təyinat ciddi hücumların gəldiyinin təsdiqidir. İstənilən halda Putin ordusunun bütün gələcək uğursuzluqlarını Gerasimovun üzərinə yıxmaq mümkün olacaq”.

Xatırladaq ki, Surovikin üç aydan bir qədər çox müddətə Ukraynadakı əməliyyatlara komandanlıq edib. Onun gəlişi Ukraynanın enerji sisteminə ilk raket hücumları ilə yadda qalıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov dünəndən Ukraynada Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edir. Aerokosmik Qüvvələrin komandanı, ordu generalı Sergey Surovikin də daxil olmaqla, Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim Gerasimovun müavinləri təyin ediliblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər