Baş katib: "Aİ və NATO Ukraynaya dəstəyi artırmalıdır"
Dərc olunub:
10-01-2023, 15:25
"Avropa İttifaqı və NATO Ukraynaya dəstəyi artırmalıdır".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansla Aİ arasında hərbi əməkdaşlığa dair bəyannamənin imzalanmasına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, NATO və Avropa İttifaqı Kiyevə dəstək üçün birləşib: “Biz Ukraynaya yardımımızı daha da gücləndirməliyik”.
Qeyd edək ki, yanvarın 10-da NATO və Avropa İttifaqı arasında birgə hərbi əməkdaşlığa dair bəyannamə imzalanıb.