Sizin Reklam Burada

“Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb”

“Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb”İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə dünənki görüşü haqda açıqlama verib.

Avrasiya.net İran mətbuatına istinadən xəbər verir ki, Qalibaf Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində Türkiyənin Antalya şəhərində Sahibə Qafarova ilə keçirdiyi görüşə toxunaraq bildirib ki, Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb.

İran, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Baqir Qalibaf deyib ki, üç ölkə arasında yüklərin daşınması və tranziti, o cümlədən enerji ilə bağlı məsələlər müzakirə olunub.

Görüş zamanı tərəflər xarici işlər nazirləri, müdafiə nazirləri və ölkə başçıları səviyyəsində üçtərəfli görüşlərin keçirilməsini də müzakirə ediblər.

İranla Azərbaycan arasında son zamanlar yaranmış anlaşılmazlığın aradan qaldırıldığını deyən İran parlamentinin sədri gələcəkdə Bakıya səfərinin planlaşdırıldığını açıqlayıb.

Asiya Parlament Assambleyası 2006-cı ildə Asiya Sülh Naminə Parlament Assosiasiyasının VII Sessiyasında yaradılıb. Onun 42 Parlament üzvü və 16 müşahidəçisi var.

Assambleya ümumi strategiyaların işlənib hazırlanması, Asiyada və dünyada sülhün təşviq edilməsi üçün fikir, ideya və təcrübə mübadiləsi üçün forum kimi yaradılıb.

Qurum Plenardan, İcraiyyə Şurasından, Assambleyanın Bürosundan, Komitələrdən və Katiblikdən ibarətdir.

Plenum Assambleyanın ümumi siyasətinə və onun fəaliyyəti ilə bağlı digər mövzulara dair qərar və bəyannamələri təsdiq edə və ya hesabatlar təqdim edə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər