İran daha üç etirazçıya ölüm hökmü çıxardı
Dərc olunub:
9-01-2023, 17:18
İran məhkəmə hakimiyyəti noyabrın 16-da İsfahandakı etirazlar zamanı həbs edilənlərdən 3 nəfəri edam cəzasına məhkum edib.
Bu barədə Məhkəmə Hakimiyyətinin xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, üç dövlət məmurunun öldürülməsi ilə bağlı aparılan “İsfahan evi” adlı məhkəmə işi üzrə Saleh Mirhaşimi Bəltağı, Məcid Kazımi Şeyx Şəbani və Yaqubi Kürdsəfli barəsində ölüm hökm çıxarılıb.