Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər təhdid olunur
Xankəndində qondarma rejim azərbaycanlılarla kontakta keçən erməni vətəndaşa qarşı cinayət işi açıb.
Avrasiya.net xəbər verir ki, bunu tanınmış erməni bloqer və siyasi fəal İşxan Verdiyan sosial səhifəsində yazıb.
Qeyd edək ki, onun özünə qarşı da 3 maddədə cinayət işi açılıb.
Politoloq Vasif Əfəndi saytımıza bildirib ki, bu fürsəti əldən vermək olmaz: "Təcili olaraq Avropa Parlamentində İnsan hüquqları komissiyası qarşısında məsələ qaldırmalıyıq. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə qarşı zorakılıq hallarına son qoyulmalıdır. Bizi Xankəndini blokadada saxlamaqda ittiham edən separatçı rejim ifşa olunmalıdır. Ermənistandan Qarabağa aparılan ərzaq və digər humanitar yardımlar erməni sərhədçiləri geri qaytarır ki, humanitar fəlakət görüntüsü yaransın. Dəhlizdə sərhəd keçid məntəqəmizin açılması artıq günün tələbidir".
Politoloq onu da bildirib ki, ermənilər hətta Sosial şəəbəkələrdə Toros Qazaryanı öldürmək çağırışları edirlər.