İranda daha iki etirazçı dar ağacından asılıb

İranda daha iki etirazçı dar ağacından asılıbBu gün səhər saatlarında İranda daha iki etirazçı barədə çıxarılan edam hökmü icra olunub.

Məlumatı “Mehr” xəbər agentliyi yayıb.

Bidirilib ki, Məhəmməd Mehdi Kərimi və Seyid Məhəmməd Hüseyni etiraz aksiyalarını yatıran BƏSİC üzvü Ruhullah Əcəminin qətlində təqsirli biliniblər. Bu iki etirazçı barədə edam hökmü yanvarın 3-də çıxarılıb.

Qeyd edək ki, dekabrda etiraz aksiyasının iştirakçıları Məcidreza Rəhnavard və Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü də icra olunub.

Yanvarın 6-da isə daha 4 nəfər barəsində edam hökmü çıxarılıb. Onlar “Allaha düşmənçilik” və rejimə qarşı qiyamda təqsirli biliniblər.

Xatırladaq ki, sentyabrın 17-də İranda etiraz aksiyaları başlayıb. İndiyədək 20 minə yaxın etirazçı həbs olunub, 68-i yeniyetmə olmaqla 500-dən çox aksiyaçı etiraz tədbirlərində rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər