Rusiya atəşkəsə əməl etmədi

Rusiya atəşkəsə əməl etmədiPentaqon Rusiyanın öz üzərinə götürdüyü “Milad atəşkəsi”ni pozduğunu müəyyən edib.

Avrasiya.net xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Laura Kuper qeyd edib.

O bildirib ki, dekabrın 6-da prezident Vladimir Putin birtərəfli qaydada atəşkəs elan etsə də, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyatları dayandırmayıb.

Kuper Putinin bəyanatını sonda nəticə verməyən “təbliğat hiyləsi” adlandırıb.

Pentaqon rəsmisnin sözlərinə görə, Rusiya Ukrayna mövqelərinə mənasız hücumları davam etdirib.

Xatırladaq ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Kirilin pravoslavların bu günləri kilsədə rahat keçirə bilməsi çağırışından sonra Putin yanvarın 6-da “Milad bayramı” atəşkəsi elan etmişdi.

Ukrayna işğalçı dövlətin “sülh təşəbbüsünü” dərhal rədd etdiyi üçün “atəşkəs”in birtərəfli qaydada “həyata keçiriləcəyi” iddia olunurdu.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər