İran Fransadan karikaturanın qisasını bu cür alacaq
Dərc olunub:
6-01-2023, 07:54
İran Xarici İşlər Nazirliyi Fransanın “Şarl Hebdo” jurnalının İran liderinin karikaturalarını dərc etməsinə cavab olaraq ölkədəki Fransa Araşdırma İnstitutunu bağlayacağını bildirib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Fransanın “Şarl Hebdo” jurnalında İran liderinin karikaturaları dərc edildikdən sonra İran Xarici İşlər Nazirliyi bunu pisləyib, Fransa səfirinə nota təqdim edib.