Türkiyədə zirehli maşın aşdı, 12 əsgər yaralandı
Dərc olunub:
29-12-2022, 14:09
Türkiyənin İğdır şəhərində hərbçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 2-i ağır olmaqla 12 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.
Qəzaya səbəb mikroavtobusun təkərinin partlaması olub.