Ukrayna müdafiəçiləri Rusiyanın atdığı 69 raketdən 54-nü vurub
Dərc olunub:
29-12-2022, 14:08
Ukrayna müdafiəçiləri dekabrın 29-da Rusiya silahlı qüvvələrinin atdığı 69 ədəd qanadlı raketindən 54-nü vurub.
UNIAN xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Qeyd edək ki, Rusiya bu gün Ukraynaya raket hücumu edib. Ukrayna üzrə hava həyəncan siqnalı elan edilmişdi. Kiyev rəsmiləri Rusiyanın 100-120 raket atacağını bildirirdi.