Sizin Reklam Burada

İrana getmək istəyənlərin diqqətinə - Yeni qaydalar

İrana getmək istəyənlərin diqqətinə - Yeni qaydalarİran beynəlxalq reyslərlə ölkəyə gələn sərnişinlərin qəbulu üçün yeni qaydalar hazırlayıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, qaydalara əsasən yaşı 12-dən yuxarı olan bütün sərnişinlər hava limanında PCR testinin nəticəsini təqdim etməlidir.

Analizin cavabı mütləq ingilis dilində olmalıdır. Bununla yanaşı peyvənd sertifikatının müddətindən 9 aydan çox müddət keçibsə etibarsız hesab ediləcək.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son 24 saat ərzində ölkə ərazisində 25 min 34 nəfərin koronavirusa yoluxması, 167 nəfərin isə yoluxaraq vəfat etməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 860 min 255 nəfər, yoluxaraq ölənlərin ümumi sayı isə 134 min 53-ə çatıb. Eyni zamanda, bu günə kimi ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 6 milyon 351 min 542 COVID-19 xəstəsi sağalaraq evə buraxılıb.

Hazırda xəstəxanalarda müalicəsini davam etdirən 3489 xəstənin vəziyyəti ağır olaraq qalır.

İranda buster doza peyvəndin vurulması davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər