Sizin Reklam Burada

Quzey Kıbrısda yeni hökumətin qurulacağı tarix açıqlandı

Quzey Kıbrısda yeni hökumətin qurulacağı tarix açıqlandıQuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) yeni hökumətin qurulması səyləri çərçivəsində Milli Birlik Partiyası (UBP) dünən Xalq Partiyasını (HP) ziyarət edib.

Avrasiya.net xəbər verir ki, görüşdə UBP sədri, baş nazir Faiz Sucuoğlu, UBP-nin baş katibi Oğuzhan Hasipoğlu, iqtisadiyyat və energetika naziri Sunat Atun, daxili işlər naziri Kutlu Evren, kənd təsərrüfatı və təbii sərvətlər naziri Nazım Çavuşoğlu iştirak edib.

HP heyətində partiya sədri Kudret Özersay, millət vəkilləri Ayşegül Baybars və Jale Refik Rogers və partiya rəsmisi Gülşah Manavoğlu iştirak edib.

Bir saata yaxın davam edən görüşün sonunda mətbuata açıqlama verilib.

Baş nazir Faiz Sucuoğlu açıqlamasında daha əvvəl HP ilə qeyri-rəsmi danışıqlar apardıqlarını, lakin dünən rəsmi görüş keçirdiklərini və bir heyət olaraq fikirlərini bölüşdüklərini qeyd edib.

Nümayəndə heyətinin əvvəlki hökumətlərdə Nazirlər Kabinetində çalışdıqları dostlarının olduğunu və görüşün səmimi şəraitdə keçdiyini bildirən Sucuoğlu, görüş zamanı HP sədri və millət vəkillərinin də öz fikirlərini irəli sürdüklərini söyləyib.

Sucuoğlu 4 partiyaya rəsmi ziyarətlərini bu gün CTP-yə edəcəkləri səfərlə yekunlaşdıracaqlarını, daha sonra dəyərləndirmələr aparacaqlarını, hökuməti qurmaq üçün göstərdikləri səylər baxımından müəyyən partiyalarla yenidən görüşə biləcəklərini bildirib.

Faiz Sucuoğlu KKTC-nin yeni hökumətinin gələn həftə sona yetmədən qura biləcəklərini söyləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər