star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıbBöyük Britaniyanın yeni Baş naziri Rişi Sunak oktyabrın 25-də vəzifəsinin icrasına başlayıb.

Bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, o, oktyabrın 25-də Londonda Bukinqem sarayında Kral III Çarlzla görüşüb. Ənənəyə əsasən, monarx görüşdə Baş nazirə hökuməti qurmağı tapşırıb.

Qeyd edək ki, Kral III Çarlz Rişi Sunakla görüşdən əvvəl keçmiş Baş nazir Liz Trassın istefasını qəbul edib. Liz Trass sentyabrın 6-dan oktyabrın 20-dək hökumətə başçılıq edib.

42 yaşlı Rişi Sunak son 7 həftədə Böyük Britaniyanın 3-cü Baş naziridir. O, krallıqda hökumətə başçılıq edən ilk asiyalıdır.

R.Sunak oktyabrın 24-də Mühafizəkarlar Partiyasının sədri, eyni zamanda, hökumətin başçısı seçilib. O, ölkənin ciddi iqtisadi problemlərlə qarşılaşdığına dair xəbərdarlıq edib və vicdanla çalışacağına da boyun olub. Leyboristlər, Şotlandiya Milli, Liberal Demokrak və Yaşıllar partiyalarının çağırışlarına baxmayaraq, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edib.

Xatırladaq ki, növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək.

Mütəxəssislərin fikrincə, yeni Baş nazirin qarşısında Britaniyanın son 40 ildə üzləşdiyi ən yüksək inflyasiyaya qarşı mübarizə aparmaq və Mühafizəkarlar Partiyası daxilində birliyə nail olmaq kimi mühüm vəzifələr durur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər