İsrail İran PUA-larını vurmağa yardım edir
Dərc olunub:
24-10-2022, 10:38
İsrail Ukraynaya bəzi kəşfiyyat məlumatları təqdim edib. Bu məlumat İranın pilotsuz təyyarələrini məhv etmək üçün faydalıdır.
Avrasiya.net axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Eyni zamanda, məqalədə Ukrayna xarici işlər naziri Dmitri Kulebanın hava hücumundan müdafiə sistemləri üçün İsrailə müraciət etdiyi xatırladılıb:
“İsrailin müdafiə naziri Benni Qantz ukraynalı diplomatın istəyini rədd edib, çünki Ər-Riyad Suriyada reydlər keçirməkdə Moskva ilə əməkdaşlıq edir. Lakin İsrailin Ukraynaya İran PUA-ları ilə mübarizə aparmağa kömək edəcək erkən xəbərdarlıq sistemləri verəcəyi bildirilir”.