Sizin Reklam Burada

Bu erməni terror təşkilatlarını Fransa yaradıb

Bu erməni terror təşkilatlarını Fransa yaradıbFransa Prezidenti Makronun Ermənistanla bağlı açıqlamasında təəccüblü heç nə yoxdur. Çünki Fransa daima ermənilərə dəstək olub, həmçinin dünyada qırmızı xəttlə qeyd edilən bir neçə erməni terror təşkilatı məhz Parisdə, məhz təhlükəsizlik xidmət orqanları tərəfindən yaradıb.

Dünyada demokratik imic yaratmağa çalışan Fransa əslində türklərin və azərbaycanlılarla yanaşı öz vətəndaşlarının da ölümündə günahkardır.

Fikir verin:

1) “Erməni azadlıq hərəkatı” (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

2) “Orli qrupu”: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

3) “Gənc ermənilər ittifaqı”: Diplomatların oğurlanması ilə məşğul olan bu təşkilat 1990-cı ildə Fransada yaradılıb.

4) “İntiharçılar eskadronu”: 1981-ci ildə Parisdə yaradılıb. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak edib.

Sizcə, bunlar Fransanın Türkiyə və Azərbaycana qarşı siyasətini açıq bəyan etmirmi? Fransanın guya bunlardan xəbəri yoxdur? Xocalı soyqırımı günü Fransadan ermənilərə geyim və silahlar gəlməsini Makron danacaq indi? Xocalı soyqırımı günü üstündə “Melkonyan” yazılan BMP zirehli maşınının içində oturub insanların qətl edilməsini çəkən 31 jurnalistin 17-sinin fransız olduğunu bilmir Makron?

Məhz Fransa hökumətinin maliyyə dəstəyi ilə Qarabağa gəlib soyqırımı çəkib, sonra mediada “azərbaycanlılar erməniləri öldürür deyə yazın” tapşırığını verən Fransa təhlükəsizlik xidməti deyilmi?

1978-79-cu illərdə Xomeynini hakimiyyətə hazırlayan, onun qarşısında Azərbaycanın şimalının işğalını, İrana birləşdirilməsi planını cızan Fransa deyildi? Hətta fransız xüsusi xidmət orqanları əməkdaşları İran Astarasında oturub, cənub bölgəsinə kəşfiyyatçı göndərib, yerli əhali arasında təbliğat aparıb, İranla birləşmək ideyasını da yayırdı...

Orli hava limanında neçə-neçə fransız, ingilis, amerikanın ölümü ilə nəticələnən terror hadisəsini törədən Varujan Karapetyanı 1985-ci il martın 3-ü məhkəmənin qərarı ilə ömürluk həbs edib, sonradan onu azad edib Ermənistana göndərən Fransa deyil?

Erməni Diasporu üzrə Araşdırmalar Mərkəzinin məlumatına görə, Fransadakı erməni icması 600 minə yaxın insanı əhatə edir ki, onların da 400 mini seçici hüququna malik şəxsdir. Məhz bu ermənilərin səsini almaq üçün terrora göz yuman Fransa hansı demokratik sistemdən, dəyərdən danışa bilər? Məgər kreslo yüzlərlə insanın ölümündən daha önəmlidir, cənab Makron? Bəs onda niyə bizə insan hüquqları barədə tələblər irəli sürürsünüz? Məgər insanların yanınızda dəyəri varmı ki, illərdir erməni terroruna kreslo üçün göz yumursuz?

Cənab Makron, gedib araşdırın... Parisdəki Necker (ünvan: 149, rue de Sèvres, Paris 15, France) adına xəstəxanada 1992-1995-ci illərdə Qarabağda əsir düşən uşaqların orqanlarını çıxararaq, qara bazarda satışı həyata keçirilib. Özü də sizin və təhlükəsizlik orqanlarının gözü qarşısında.

Bunu görmürdüz?

İstəmirdiniz görəsiniz. Çünki o uşaqların orqanlarından gələn gəlir sizin ciblərinizə axırdı ....

Əlcəzairdə 1,5 milyon insanı, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini məhv edən Fransa indi hansı haqla özünü “insan haqlarının və demokratiyanın vətəni” sayır? Haqq-ədalətdən danışacaq ən sonuncu dövlət Fransadır...

Biz unutmuruq, susuruq, amma səbrin də həddi var. Bakıda, Azərbaycanda milyonlarla dollar qazanan şirkətləriniz də var. Unutmayın! Qızıl yumurtaları itirəndən sonra başa düşəcəksiniz Azərbaycanın haqq səsini!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər