Aİ daha dörd Rusiya bankına qarşı sanksiyalar tətbiq etməyi təklif edib
İrlandiya, Polşa və Baltikyanı ölkələr Rusiyadan brilyant və siqaret idxalına qadağa qoyulması, həmçinin bir sıra təşkilatların, o cümlədən “Qazprombank”ın SWIFT-dən ayrılması və nüvə enerjisi sahəsində Moskva ilə əməkdaşlığa veto qoyulması yolu ilə anti-Rusiya sanksiyalarını gücləndirməyi təklif edir.
“Report” “Europa Press” agentliyinə istinadən xəbər verir ki, İrlandiya, Estoniya, Litva, Latviya və Polşa SWIFT sistemindən çıxarılan təşkilatların siyahısını “Qazprombank”, “Alfa-Bank”, “Rosbank” və “Tinkoff Bank”adək genişləndirməyi təklif ediblər.
Həmçinin bu beş ölkə Rusiya sığortaçılarının xidmət göstərməsinə qadağa qoymağı və propan və ya butan kimi məhsulların, yəni mayeləşdirilmiş neft qazından alınan məhsulların Aİ-yə idxalına veto qoymağı təklif edir.