Kadırov Zelenskini hakimiyyəti Yanukoviçə verməyə ÇAĞIRDI
Dərc olunub:
5-03-2022, 23:41
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskini hakimiyyəti eks-prezident Viktor Yanukoviçə təhvil verməyə çağırıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında yazıb.
“Mən sizə prezident kimi müraciət etmirəm. Bizim üçün qanunla Ukrayna prezidenti Viktor Yanukoviçdir. Hakimiyyəti ona təhvil verin və taleyinizə güvənin. Ola bilsin ki, o zaman təqsirinizin bir qismi bəlkə bağışlandı. Bu sizin üçün böyük şans olar”, - deyə Kadırov Zelenskiyə müraciət edib.