Sizin Reklam Burada

Meksikada dəfn mərasiminə hücumlar zamanı 9 nəfər öldürülüb, yaralılar var

Meksikada dəfn mərasiminə hücumlar zamanı 9 nəfər öldürülüb, yaralılar varMeksikanın Çiuahua ştatının Syudad Xuares şəhərində dəfn mərasiminə iki ayrı silahlı hücum təşkil edilib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hücumlar nəticəsində aralarında 12 yaşlı yeniyetmə və 2 qadın olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, daha 2 nəfər yaralanıb. Birinci hücumun mərasim evinə edildiyi, 3 nəfərin həyatını itirdiyi bildirilir.

Qeyd edilir ki, az sonra dəfn mərasiminin təşkil olunduğu kilsəyə ikinci hücum olub və 6 nəfər öldürülüb, 2 nəfər yaralanıb.

Ştatın Baş Prokurorluğundan verilən açıqlamada hadisə ilə bağlı təhqiqatın başlanıldığı bildirilir.

Syudad Xuares şəhəri narkokartellərinin aktiv olduğu yer kimi tanınır. Ötən il şəhərdə 1 400-dən çox qətl hadisəsi qeydə alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər