İrəvanda uşaq bağçasında pakistanlı uşağa verilən işgəncə ictimailəşdirilib
"Pakistan Dünyada" qəzetinin redaktoru, Pakistan Qəzet Redaktorları Şurasının üzvü Tazeen Akhtar bu gün öz ofisində Pakistan İnsan Haqları Nazirliyinin Uşaq Hüquqları üzrə Milli Komissiyasının sədri xanım Afshan Tehseen Bajva ilə görüşüb.
O, son vaxtlar paytaxt İrəvanda erməni uşaq bağçasında azyaşlı 5 yaşlı qız uşağına müəllimlər və işçilər tərəfindən işgəncə verilməsi faktı ilə bağlı sədrə məlumat verib.
Uşağın atası pakistanlıdır və övladının yalnız pakistanlı olduğu üçün işgəncələrə məruz qaldığı ilə bağlı polisə müraciət edib.
Qeyd edək ki, Pakistan Ermənistanı müstəqil dövlət kimi tanımır. Pakistan 2020-ci ilin sentyabr-noyabr aylarında ikinci Qarabağ müharibəsində Azərbaycanı mənəvi tərəfdən dəstəkləyib.
Redaktor uşağın sinəsinin isti dəmir alətlə yandırıldığı şəkilləri paylaşıb. Onun əlləri qandallı olub və pis şəkildə təhqir olunub.
Aktar bildirib ki, hadisə ilə bağlı ən iyrənc nifrət cinayəti barədə erməni mətbuatında məlumat verilib və biz bu xəbəri öz mediamızda ingilis və urdu dillərində dərc etmişik.
Sədr bu hərəkəti ən sərt şəkildə pisləyib. O, Komissiyanın ölkə daxilində və ya xaricində hər bir pakistanlı uşağı müdafiə etdiyini söyləyib. O, uşağın yalnız siyasi səbəblərə görə qurban verilməsinin dözülməz olduğunu bildirib.
Xanım Afshan Tehseen əmin etdi ki, Komissiya bu məsələni müvafiq forumlarda qaldıracaq. Pakistanlı uşaqlar bütün dünyada hər cür nifrət cinayətindən qorunacaqlar.
“Uşağın valideynləri istənilən vaxt dəstək üçün Komissiya ilə əlaqə saxlaya bilərlər. İşin sülh yolu ilə araşdırılacağına və günahkarların cavab verəcəklərinə ümid edirik. NCRC bu baxımdan sayıq olacaq. Günahkarlar cəzasız qalarsa, buna uyğun hərəkət edəcəyik".